8 gün əvvəl Tovuzda yol qəzasında ağır yaralanan uşaq ölüb

8 gün əvvəl Tovuzda yol qəzasında ağır yaralanan uşaq ölüb
# 01 sentyabr 2014 11:48 (UTC +04:00)

APA - nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 24-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini İlham Nağıyev idarə etdiyi VAZ-2108 markalı avtomobillə yolu keçən rayon sakini Murad Aslanovu və onun azyaşlı oğlu Gündüzü vurub. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 31-də orada dünyasını dəyişib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR