Bakı- APA. ABŞ Ədliyyə Departamentinin Xarici Prokurorluqların İnkişafına Yardım və Treninq İdarəsi ilə birgə 16 noyabr tarixində 25 azərbaycanlı hakim üçün “Əsas məhkəmə vərdişləri” mövzusunda üç günlük seminar təşkil edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, seminar azərbaycanlı və amerikalı hakimlər arasında davamlı peşəkar mübadilənin bir hissəsidir. Seminara mühakimə etmə, məhkəmə rəyinin yazılması, hakim etikası və hökm oxuma mövzuları daxildir. ABŞ-ın Sakramento rayon məhkəməsinin ilk instansiya hakimi Kendall Newman, Viskonsin ştatının qərb bölgəsindən Prokuror John Vaudreuil və ABŞ Səfirliyinin rezident hüquqi məsləhətçisi James Benedetto seminarı aparacaq. Müvəqqəti işlər vəkili Derek Hoqan seminarın açılış nitqini edib. Seminar məhkəmə sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının mühüm hissəsidir.