“Texnikabank” rəhbərlərinin cinayət işi üzrə məhkəmə başlayıb

“Texnikabank” rəhbərlərinin cinayət işi üzrə məhkəmə başlayıb
# 14 mart 2013 14:11 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Elnur Seyidovun vəkilləri onun barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin martın 6-da başa çatdığını, bundan sonra onun məhkəmə qərarı olmadan həbsdə saxlandığını bildiriblər. Vəkillər onun həbsdə qanunsuz saxlanması barədə məhkəmənin qərar verməsini istəyib, barəsində olan cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıblar.

Azər Cəfərlinin vəkili isə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət verib.

Etibar Əliyevin vəkilləri vəsatətlər versələr də, onların məzmunu açıqlanmayıb.


Hakim hazırlıq iclasının martın 27-də davam etdiriləcəyini, vəsatətlərə orada münasibət bildiriləcəyini deyib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.


Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR