Ermənistan hökumətinə etiraz edən sahibkarlar: “Qanuna dəyişiklik olunmasa, “1 mart”ı yenidən təkrarlayacağıq”

Ermənistan hökumətinə etiraz edən sahibkarlar: “Qanuna dəyişiklik olunmasa, “1 mart”ı yenidən təkrarlayacağıq”
# 02 oktyabr 2014 11:10 (UTC +04:00)

APA - nın “news. am” saytına istinadən verdiyi xəbərə görə, sahibkarların tətil etməyi planlaşdırdıqlarını deyən “Ermənistan kiçik sahibkarlar ittifaqı”nın sədri Stepan Aslanyan bildirib ki, onlar hökumətin mübahisəli qanunu dəyişdirəcəyini gözləyirlər.

Etirazçılar baş nazir Ovik Abramyanın “Nə tələb edirsiniz?! Siz 1 mart faciəsinin təkrar olunmasını istəyirsiniz?” sözlərinə sərt reaksiya veriblər: “Əgər bu gün bu qanuna dəyişiklik olunmasa, biz “1 mart”ı yenidən təkrarlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR