Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb
# 12 aprel 2013 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprelin I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 178 m3/san artaraq 441 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.62-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR