"Asan İmza" Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib

"Asan İmza" Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib
# 09 fevral 2015 06:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin fevralın 1-dən etibarən “Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin https://portal.dxa.gov.az ünvanında yerləşən Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib.

Maliyyə Nazirliyinin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bundan sonra büdcə təşkilatları xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri “Asan İmza” mobil elektron imza xidməti vasitəsilə “AsanDoc” proqram təminatında imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə bilərlər.

İstifadəçilərə yardım məqsədilə Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə dair müvafiq təlimat və video çarx yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR