Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 11 kilometri əsaslı təmir olunub - FOTO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 11 kilometri əsaslı təmir olunub - <span style="color: red;">FOTO
# 01 aprel 2015 06:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə ”Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 11 km yol əsaslı təmir olunub.

Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR