Boris Nemtsovun qətl anı əks olunan video görüntü yayımlanıb - VİDEO

Boris Nemtsovun qətl anı əks olunan video görüntü yayımlanıb - <span style="color: red;">VİDEO
# 01 mart 2015 02:36 (UTC +04:00)

Bu barədə APA Gazeta.ru-ya istinadən xəbər verir.

“Cinayət anbaan qeydə alınıb. Görüntünün keyfiyyəti aşağı olsa da maşınların və insanların siluetlərini ayırmaq mümkündür”, deyə verilişin aparıcısı qeyd edib.

Yayımlanan videoda Boris Nemtsovun bir qadınla körpü üzərində hərəkət etdiyi əks olunub. 23.31-də yük maşını cütlüyün yanından keçir. Qətlin bu an baş verdiyi ehtimal olunur.

“Bir saniyə sonra həmin yerdən bir şəxs yola qaçaraq, avtomobilə əyləşir və dərhal hadisə yerini tərk edir. Qaryığan maşın isə hadisə yerindən bir neçə metr aralıda dayanır. Bu zaman hadisə yerində artıq bir nəfərin olduğu görünür. Bu şəxsin Nemtsovu müşayiət edən qadın olduğu ehtimal olunur. Sonra o sürücülərə yaxınlaşır və yük maşının arxasında gözdən itir”, deyə süjetdə bildirilir.

Video görüntüdə, həmçinin, 23.42-də hadisə yerinə polisin gəldiyi əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR