Bakıda avtomobil, Ağcabədidə 3 otaqlı ev yanıb

Bakıda avtomobil, Ağcabədidə 3 otaqlı ev yanıb
# 05 aprel 2015 04:31 (UTC +04:00)

Bakı-APA. Gecə saatlarında paytaxtda və Ağcabədidə yanğın hadisəsi qeydə alınıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda sahibi məlum olmayan “Toyota" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb, yüksək temperaturdan yaxınlıqdakı "Medilux" klinikasının alkopandan ibarət divar üzlüyü 1 kv.m sahədə əriyib. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Ağcabədi rayonunun Kəbirli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR