Sumqayıtda “İnsan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib - FOTO

Sumqayıtda “İnsan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 24 aprel 2013 13:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində ABŞ beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Hüquqlar Konsorsiumu layihəsi çərçivəsində “İnsan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli, Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik ofisinin direktoru Ronald Qlass, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev çıxış edib.

Çıxış edənlər tədbirin mahiyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, tədbirin məqsədi insan hüquqları məsələləri üzrə hökumət rəsmiləri ilə konstruktiv ictimai dialoqlarda vətəndaş iştirakını gücləndirmək üçün yerli QHT-lərin imkanlarının artırılması və insan hüquqlarının təmin edilməsi sahəsində hüquq islahatlarının inkişafı ilə bağlı diskussiyaların aparılmasıdır.

Tədbirdə insan hüquqlarının qorunması sahəsində əsas prioritetlərlə bağlı iştirakçılar arasında müzakirələr aparılıb. Müzakirələr zamanı Sumqayıtda fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri, vəkil Əsabəli Mustafayev çıxış edərək əhalinin öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi məsələlərində vəkillərin rolundan danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR