Leyla Əliyeva Talassemiya Mərkəzində olub - FOTOSESSİYA

Leyla Əliyeva Talassemiya Mərkəzində olub - <span style="color: red;">FOTOSESSİYA
# 04 oktyabr 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar.

APA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və akademik Andrey Pritıko Talassemiya Mərkəzində yaradılan şəraitlə tanış oldular. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verərək bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı ilk növbədə onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatlar verilməsindən asılıdır.

Andrey Pritıko Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib və bu tibb ocağının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfində hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR