«Dəmirbank»ın faiz mənfəəti 41% artıb

«Dəmirbank»ın faiz mənfəəti 41% artıb
# 24 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 13,997 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 26,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 31,7% artaraq 13,281 mln. manata çatıb.

Nəticədə, ilk rübü bank 0,717 mln. manat mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 26,1% azdır.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 12,385 mln. manat, qeyri-faiz gəlirləri 1,612 mln. manat, faiz xərcləri 5,857 mln. manat, qeyri-faiz xərcləri isə 7,424 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 41,3%, qeyri-faiz zərəri isə 61,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR