Venesuela ABŞ-ı sanksiyalarla hədələyib

Venesuela ABŞ-ı sanksiyalarla hədələyib
# 23 aprel 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Venesuela xarici işlər naziri Elias Haua ABŞ-ı «ticari, enerji, iqtisadi və siyasi xarakterli» sanksiyalarla hədələyib.

APA-nın məlumatına görə nazir ABŞ dövlət katibinin köməkçisi Roberta Cekobsonun Venesuelada keçirilmiş prezident seçkisinin nəticələrinin yenidən sayılması barədə fikirlərini tənqid edib. «Biz Roberta Cekobsonun bəyanatını qəti şəkildə pisləyirik. Ən ağrılı məqam onun Venesuelanı sanksiyalarla hədələməsidir. Belə olan halda biz ABŞ-a qarşı ticari, enerji, iqtisadi və siyasi xarakterli sanksiyalar qəbul etməyə hazırıq», deyə Haua bildirib.

Venesuelada aprelin 14-də keçirilmiş prezident seçkilərində hakimiyyətin namizədi Nikolas Maduro qalib gəlib. Müxalifətin namizədi Enrike Kapriles səsvermənin nəticələrinin yenidən hesablanmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR