“PAŞA Həyat” kredit götürən şəxslərin həyat sığortası üzrə ödənişlərin sayını və məbləğini açıqlayıb

“PAŞA Həyat” kredit götürən şəxslərin həyat sığortası üzrə ödənişlərin sayını və məbləğini açıqlayıb
# 06 may 2015 14:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti bu ilin aprel ayında “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə verilən sığorta ödənişlərinin məbləğini və sığorta hadisələrinin sayını açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ərzində “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə 94 sığorta hadisəsi (ölüm və xəsarət halları) baş verib.

Bu sığorta hadisələri üzrə “PAŞA Həyat” şirkəti tərəfindən ümumilikdə 164,143 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, ay ərzində sözügedən növ üzrə ən iri ödəniş 9,299 manat (ölüm hadisəsinə görə) olub.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR