Bakı Fond Birjasının dövriyyəsi bu il kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi bu il kəskin azalıb
# 01 mart 2013 14:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1,053 mlrd. manat təşkil edib. Bu da 2012-ci ilin eyni dövrünə nisbətən 45,1% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlət qiymətli kağızlar bazarının ümumi həcmi 46,8% azalaraq 999,299 mln. manat təşkil edib. Dövlət istiqrazları üzrə yanvar-fevral aylarında əməliyyatlar aparılmayıb. Notların təkrar bazarı 16 dəfə artaraq 39,949 mln. manata çatıb, ilkin bazarı isə 2,5 dəfə azalaraq 79,909 mln. manat təşkil edib.

Cari ilin yanvar-fevral aylarında korporativ qiymətli kağızlar bazarı 35,5% artaraq 53,838 mln. manata çatıb. O cümlədən korporativ istiqrazların ilkin bazarı 23,8%, səhmlərin ilkin bazarı 6,1 dəfə, təkrar bazarı 53,1% artıb, istiqrazların təkrar bazarı isə 2,7 dəfə azalıb.

Qiymətli kağızlar üzrə

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-fevral, 2013

Yanvar-fevral, 2012

Nisbət

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

0,00

0

-

Dİ (AMN)

(təkrar bazar)

0,00

0

0,00

0

-

Notlar (AMB) (yerləşdirmə)

79 909 015,10

27

199 672 098,71

53

-2,5 dəfə

Notlar (AMB)

(təkrar bazar)

39 949 480,00

3

2 495 727,50

1

16 dəfə

Repo əməliyyatları

879 440 741,90

88

1 676 981 076,72

243

-47,5%

DQK bazarı cəmi

999 299 237,00

118

1 879 148 902,93

297

-46,8%

Korporativ istiqrazlar (yerləşdirmə)

12 343 501,00

20

9 970 335,00

9

23,8%

Korporativ istiqrazlar (təkrar bazar)

8 786 838,91

14

24 215 857,71

12

-3,6 dəfə

Səhmlər (yerləşdirmə)

32 320 620,54

35

5 303 000,00

9

6,1 dəfə

Səhmlər

(təkrar bazar)

387 270,87

584

252 942,93

304

53,1%

KQK bazarı cəmi

53 838 231,32

653

39 742 135,64

334

35,5%

Cəmi

1 053 137 468,32

771

1 918 891 038,57

631

-45,1%

Dİ – dövlət istiqrazları;

AR MN – Azərbaycan Maliyyə Nazirliyi;

AR MB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR