“Bloomberg”: Neftin qiyməti 40 dollara düşərsə, dünya iqtisadiyyatı çökə bilər

“Bloomberg”: Neftin qiyməti 40 dollara düşərsə, dünya iqtisadiyyatı çökə bilər
# 01 dekabr 2014 13:36 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” xəbər agentliyi dünyanın tanınmış iqtisadçılarına istinadən yazır.

Agentlik bir barelinin 40 dollardan da aşağı qiymətə enəcəyini istisna etmir. Bu halda dünyanın maliyyə sistemində böhran müşahidə oluna bilər. Bununla yanaşı, sözügedən proses bir sıra ölkələrin valyutasının düşməsinə, həmçinin müxtəlif dövlətlərin defoltuna səbəb ola bilər.

Ekspertlərin hesablamalarına görə, bu il ərzində neftin qiyməti 37% ucuzlaşıb.

Rusiya artıq ixrac neftinin gəlirlərindən əvvəlki kimi gəlir əldə edə bilməyəcək. Bu şəraitdə sanksiyaların təsiri daha çox hiss olunacaq.

OPEC-in neftin hasilatının azaltmamaq barədə qərarından İran, Nigeriya və Venesuela kimi ölkələr də ziyan görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR