Rəssam Zaur Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılacaq - FOTO

Rəssam Zaur Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılacaq - <span style="color: red;">FOTO
# 29 aprel 2015 08:57 (UTC +04:00)

Bakı-APA. Mayın 1-də saat 17.00-da Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda rəssam Zaur Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılış mərasimi olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi fondun dəstəyi ilə həyata keçiriləcək. İki gün davam edəcək sərgidə rəssamın 80-nə yaxın əsəri nümayiş ediləcək. Bir neçə seriyanı təşkil edən qrafika əsərləri və kiçik plastika nümunələri ekspozisiyaya daxil edilib.

Əliyev Zaur Rasim oğlu 28 mart 1970-ci ildə anadan olub. Təsviri incəsənətin müxtəlif istiqamətlərində: rəngkarlıq, heykəltəraşlıq, qrafika, multiplikasiyada işləyib. Bir çox mükafat və diplomla təltif edilən Z.Əliyevin əl işləri Azərbaycanda, həm də xaricdə keçirilən sərgilərdə nümayiş etdirilib. Beynəlxalq uşaq ilində onun rəsmləri Avropa, Amerika, Afrikanın müxtəlif ölkələrində, həmçinin xaricdəki sovet mədəni mərkəzlərində sərgilənib.

Rəssamlıq məktəbində oxuyarkən Zaur Əliyev mini-futbol üzrə yarışların ən yaxşı emblemi müsabiqəsində qalib olub. Müxtəlif illərdə onun tərəfindən olimpiada, simpozium, konqreslər üçün bir sıra emblemlər yaradılıb. Zaur Əliyev 1997-ci ilin ən yaxşı gənc rəssamı və heykəltəraşı adına layiq görülüb.

Zaur Əliyev 6 mart 1997-ci ildə 26 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR