Gürcüstan paytaxtındakı Vera məhəlləsində yaşayan azərbaycanlının evini sökmək istəyiblər

Gürcüstan paytaxtındakı Vera məhəlləsində yaşayan azərbaycanlının evini sökmək istəyiblər
# 05 aprel 2013 14:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Son aylar ərzində Gürcüstan paytaxtındakı Vera məhəlləsində yaşayan azərbaycanlılar təzyiqə məruz qalırlar. Onların evləri, torpaq sahələri saxta sənədlər əsasında əllərindən alınır və yaxud onlardan ev və torpaq sahələrini aşağı qiymətə satmaq tələb olunur. Nəticədə uzun illər bu məhəllədə yaşayan azərbaycanlılar paytaxtın başqa yerinə köçmək məcburiyyətində qalırlar”. Bu barədə APA-nın Gürcüstan müxbirinə Tiflis şəhərinin Vera məhəlləsində yaşayan sakinlər məlumat verib.

Bu gün isə Tiflisdəki Rezo Çaparidze 6 küçəsində yaşayan 63 yaşlı Tofiq Qurbanovun yaşadığı evin divarını sökmək istəyiblər. T. Qurbanov 4 ailənin yaşadığı evin divarının uçurulmasını istəyən qonşunun təzyiqinə məruz qaldığını bildirib: “Bizim ailə 100 ildən çoxdur ki, bu evdə yaşayır, hazırda burada 4 ailə, yəni 20 nəfər məskunlaşıb. Bu gün qonşum Temur Jqenti əlində saxta sənədlə gələrək bildirdi ki, bu divarı sökməlisən. Biz yığışıb ona mane olduq, hətta Gürcüstan televiziyaları da hadisəni çəkib efirə verdilər. Mən indi vəkil tutmuşam. İşimiz məhkəmədədir”.

Vəkil Dimitri Aleksidze APA-ya açıqlamasında T. Qurbanovun haqlı olduğunu söyləyib: “Temur Jqenti Ədliyyə Nazirliyində işləyən qardaşı Ramaz və parlamentin deputatı olan yeznəsi Mixail Maçavarianinin köməyi ilə 12 yanvar 2012-ci il tarixində saxta sənədlər düzəldərək azərbaycanlı sakinin evinin divarını uçurtmaq istəyib. Onların verdiyi sənədə baxsaq, Tofiq Qurbanovun 200 kv.m hasarı sökülməlidir və onu da Temur Jqenti artıq söküb. Lakin onlar əlavə 361 kv.metr sahə tələb edirlər. Bu da evin azı bir otağının sökülməsi deməkdir. Biz Ali Məhkəməyə apellyasiya şikayəti vermişik. Vera məhəlləsində yaşayan azərbaycanlılar və gürcülər mehriban yaşayırlar, lakin bəzi qüvvələr suyu bulandırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR