Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Elman Mirzəyevdən 8 kq-dan artıq marixuana götürülüb.