Dağıstanın Xasavyurt rayonunda üç silahlı öldürülüb

Dağıstanın Xasavyurt rayonunda üç silahlı öldürülüb
# 17 fevral 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 16-dan 17-nə keçən gecə Dağıstanın Xasavyurt rayonunda üç nəfər silahlı olduğu ehtimal edilən şəxsi öldürüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə region üzrə İstintaq Komitəsinin nümayəndəsi xəbər verib.

“Təxminən gecə 03.00 radələrində Xasavyurt rayonunun Pokrovskoye kəndi yaxınlığında əməliyyat-axtarış tədbirləri aparılarkən üç naməlum şəxs aşkarlanıb. Naməlum şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar, lakin cavab atəşi ilə onlar öldürülüblər. Polis əməkdaşları arasında ölən və yaralanan yoxdur”, deyə mənbə bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu araşdırma aparır, öldürülənlərin şəxsiyyəti müəyyənləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR