NATO-nun Varşava sammitində qəbul olunacaq qərarlar açıqlanıb

NATO-nun Varşava sammitində qəbul olunacaq qərarlar açıqlanıb
# 07 iyul 2016 09:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. NATO-nun 8-9 iyul tarixlərində Varşavada keçiriləcək zirvə toplantısında alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.

Məlumata əsasən NATO liderləri Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli batalyonların göndərilməsi barədə razılığa gələcəklər. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı razılıq əldə edəcəklər.

Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin ( AWACS) göndərilməsi təsdiqlənəcək.

“NATO Əfqanıstana hərbi və maliyyə dəstəyini davam etdirəcək, Ukrayna, Gürcüstan və Moldova ilə siyasi və pratiki əməkdaşlığı gücləndirəcək”, -deyə məlumatda bildirilir.

Qeyd edək ki, indiyə qədər NATO-nun 27 sammiti olub. İlk sammit 1957-ci ildə, sonuncusu isə 2014-cü ilin sentyabrında Uelsdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR