Kür çayında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Kür çayında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 01 avqust 2016 16:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Kür çayında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR