ADİU-da QKDK-nın təşkilatçılığı ilə tələbələr arasında müsabiqə keçirilib - FOTOSESSİYA

ADİU-da QKDK-nın təşkilatçılığı ilə tələbələr arasında müsabiqə keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2015 08:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Kapital Bazarı üzrə Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə seçilmiş tələbələr arasında müsabiqə keçirilib.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir prezidentin sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

Tədbirdə ADİU-nun rektoru Ədalət Muradov Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə və vətənpərvərlik ruhuna malik gənclərin yetişdiyini vurğulayıb. Ə.Muradov gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların bilik səviyyəsinin və bacarıqlarının yüksəlməsinə xidmət edən bu tədbirlərin keçirilməsini sevindirici hal kimi qiymətləndirib.

Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov gənclərin cəmiyyətin dinamik inkişafında mühüm rol oynadığını bildirərək gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirildiyini, gənc nəslin potensialının üzə çıxarılması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. B.Əzizov tədbirin tələbələrin dünyagörüşünü, intellektual bacarıqlarını, məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə 28 yanvar 2015-ci il tarixində QKDK ilə ADİU arasında imzalanmış təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair Anlaşma Memorandumu çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Aparat rəhbəri tələbələrin elmə və təhsilə olan maraqlarını artırmağa yönələn belə müsabiqələrin QKDK tərəfindən gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda yarışın ilk 3 yerin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR