Azərbaycanda ötən il 393 piyada yol qəzalarının qurbanı olub - FOTO

Azərbaycanda ötən il 393 piyada yol qəzalarının qurbanı olub - <span style="color: red;">FOTO
# 08 fevral 2013 09:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

K. Əliyev bildirib ki, ötən il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 1065 yol qəzası baş verib. Nəticədə 393 nəfər piyada ölüb, 749 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən yol qəzası ümumi qəzaların 36 faizini təşkil edib. Qeyd olunub ki, piyadaların vurulması ilə nəticələnən yol qəzası əvvəlki illə müqayisədə 13-14% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR