ABŞ Pakistana sanksiya tətbiq edə bilər

ABŞ Pakistana sanksiya tətbiq edə bilər
# 12 mart 2013 10:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranla ortaq təbii qaz kəmərinin tikintisi layihəsində iştirak etməsi Pakistana qarşı sanksiya tətbiq edilməsinə səbəb ola bilər”. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib.

Onun sözlərinə görə, bu layihə davam edəcəyi təqdirdə, rəsmi Vaşinqton İrana qarşı sanksiya qəbul etməli olacaq: “Sənəd İranla enerji sahəsində əməkdaşlıq edən dövlətlər üçün nəzərdə tutulub. Biz Pakistanla bu barədə birbaşa danışmışıq. Ağ Ev rəsmi İslamabadı bu layihədən imtina etməsi üçün inandırmağa çalışır və əvəzində alternativ variantlar təklif edir. Biz Pakistanın energetika layihələrini dəstəkləyirik”.

Qeyd edək ki, martın 11-də 780 kilometr uzunluğunda olan İran-Pakistan, “Sülh” təbii qaz boru xəttinin təməlqoyma mərasimi keçirilib. Hər iki ölkənin sərhədində, yəni Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində keçirilən tədbirdə İran prezidenti Mahmud Əhmədinejad, Pakistan dövlət başçısı Asif Əli Zərdari və digər dövlət rəsmiləri iştirak edəcəklər. İran, Pakistan və Hindistan arasında imzalanmış 25 illik müqaviləyə əsasən, rəsmi Tehran İslamabad və Dehliyə müəyyənləşdirilmiş qiymətlə təbii qaz ixrac edəcək. Belə ki, 2014-cü ildən etibarən İran Pakistana 7,8 mlrd. kubmetr “mavi yanacaq” satacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR