Şabranda və Yevlaxda yanğın olub

Şabranda və Yevlaxda yanğın olub
# 08 may 2015 02:25 (UTC +04:00)

Bakı-APA. Şabranda və Yevlaxda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan köməkçi tikilidə baş verib. Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yevlax rayonunda yanğın Ərəş kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 70 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR