IŞİD Liviyadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

IŞİD Liviyadakı terror aktına  görə məsuliyyəti öz üzərinə götürüb
# 31 avqust 2015 23:39 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Liviyanın paytaxtında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ötən axşam Tripolidə İtaliyanın Eni konserni və Liviyanın milli neft korporasiyasının müştərək müəssisəsi olan “Mellitah Oil and Gas” şirkətinin yaxınlığında minalanmış avtomobil partladılıb.

Partlayış nəticəsində bir neçə binaya zərər dəyib, 1 nəfər xəsarət alıb. Qeyd olunur ki, insident baş verən ərazidə Liviya dövlət bankının filialı, müxtəlif maliyyə təşkilatları, Səudiyyə Ərəbistanı və Niderlandın səfirlikləri yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR