Abşeronda mağazadan oğurluq edən şəxslər tutulub - VİDEO

Abşeronda mağazadan oğurluq edən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 25 mart 2015 19:50 (UTC +04:00)

APA-nın məlumatına görə, Saray qəsəbə sakini Təbriz Kərimov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək satıcı işlədiyi mağazada oğurluq hadisəsinin baş verdiyi barədə məlumat verib.

Faktla bağlı rayon polis idarəsində cinayət işi açılıb və oğruların tapılması üçün əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Allahverdiyev Anar Vahid oğlu və Zərdab rayon sakini Abdullayev Qasım Zakir oğlu saxlanılaraq polis idarəsinə gətiriliblər.

İlkin dindirilmə zamanı məlum olub ki, onlar oğurluğu pula ehtiyacları olduğu üçün ediblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR