Mübariz Qurbanlı: ““Seçkilər ilində Azərbaycan müxalifəti passivlik nümayiş etdirir”

Mübariz Qurbanlı: ““Seçkilər ilində Azərbaycan müxalifəti passivlik nümayiş etdirir”
# 08 fevral 2013 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “Seçkilər ilində Azərbaycan müxalifəti passivlik nümayiş etdirir. Bu da onunla əlaqəlidir ki, hələ də özləri üçün lazımı sosial dayaq formalaşdıra bilməyiblər”. Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı verib.

Onun sözlərin görə, müxalifətdə, xüsusilə İctimai Palatada və Ziyalılar Forumunda təmsil olunan şəxslər xalq arasında normal dəstəyə malik deyillər: “Çünki onlar ümummilli maraqlardan yox, sırf partiya marağından, şəxsi maraqlardan çıxış edirlər. Ona görə də nəinki əhalinin böyük əksəriyyəti, hətta müxalifət düşüncə tərzinin daşıyıcısı olanlar da onların arxasınca getmir”.

Azərbaycanda böyük əksəriyyətin Prezident İlham Əliyevi dəstəklədiyini deyən Mübariz Qurbanlı müxalifətin hazırkı iqtidarın siyasətinə alternativ proqrama malik olmadığını bildirib: “Bu passivlik həm onların rəhbərlərinin kifayət qədər nüfuza malik olmaması ilə, həm də vahid proqramlarının, ideyalarının olmaması ilə bağlıdır. Məsələn, biz onsuz da əvvəldən demişdik ki, İctimai Palata uğur qazanmayacaq və gözlədiyimizdən də artıq bu qurum uğursuzluğa düçar oldu”.

YAP rəsmisi Müsavat Partiyasının qurultayı ilə bağlı məsələyə də toxunub: “Onlar ehtiyat edərək qurultay keçirmirlər. Çünki əvvəldən elan elədikləri kimi qurultay keçirdikləri halda gərək partiyanın başqan vəzifəsinə seçkilər keçirsinlər. Bu da indiki ərəfədə onlara sərf eləmir. İkincisi, onlar bu qurultay keçirə bilməmək şousundan prezident seçkiləri ərəfəsində piar kimi istifadə etməyə çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR