Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb
# 09 may 2015 11:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli–APA. Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 9-da saat 11.00 radələrində rayonun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinin idarə etdikləri iki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülər və bir sərnişin xəsarət alıb və Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR