MŞ-nın “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası 3 KİV-in adının «qara siyahı»ya salınmasını tövsiyə edib

 MŞ-nın “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası 3 KİV-in adının «qara siyahı»ya salınmasını tövsiyə edib
# 11 noyabr 2014 14:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, Komissiyanın sədri Vüqar Rəhimzadə bildirib ki, müzakirəsi tövsiyə edilən 15 məsələdən 4-ü MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərləri Şura Katibliyi tərəfindən təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlanıb.

Əvvəlcə “Poliqon” Analitik İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlı dinlənilib. O, rəhbəri olduğu “pia.az” saytının bir sıra materillarında etik prinsiplərin tələblərinin gözlənilmədiyi barədə iradlarla razılaşıb və deyilənlərdən nəticə çıxaracağını, saytın fəaliyyətində dönüş yaradacağını öhdəsinə götürüb. Sayta MŞ-nın sonuncu xəbərdarlığının olunması məqsədəuyğun sayılıb. Eyni xəbərdarlıq “Dünya” İnformasiya Agentliyinə (dia.az) də şamil edilib.

İclasda “Təhqiqatın gücü” qəzetinin və “Arama” jurnalının adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması və bu məqsədlə Şuranın İdarə Heyətinə təqdimat verilməsi barədə rəylər çıxarılıb. “Əsrin ziyalıları” qəzetinə isə etik pozuntularına və peşə fəaliyyəti ilə bir araya sıxmayan hərəkətə görə Şuranın xəbərdarlığının edilməsinə dair rəy çıxarılıb.

Komissiya millət vəkili Jalə Əliyevanın “Detektiv lüks” qəzeti barədə müraciəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsi üçün əlavə araşdırmaların aparılmasını zəruri hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR