Gəncədə bankomatdan pul oğurlamağa cəhd edən şəxs tutulub

Gəncədə bankomatdan pul oğurlamağa cəhd edən şəxs tutulub
# 20 oktyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Gəncə şəhərində bankomatdan pul oğurlamağa cəhd edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 19-da Gəncə şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsindəki “Azərpoçt” MMC-nin Filialından daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oranın giriş qapısına müdaxilə olunması faktı aşkar edilib. Oradakı bankomatdan oğurluğa cəhd göstərmiş şəhər sakini Orxan Abbaszadə saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR