Yeganə Hacıyeva Müsavat Məclisinin üzvü ilə Arif Hacılı barədə danışıqlarını etiraf edib

Yeganə Hacıyeva Müsavat Məclisinin üzvü ilə Arif Hacılı barədə danışıqlarını etiraf edib
# 17 avqust 2014 17:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat başqanının keçmiş müşaviri, Milli Şuranın üzvü Yeganə Hacıyeva Müsavat Məclisinin üzvü Sevinc Hüseynova ilə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı barəsində danışıqlarını etiraf edib.

APA-nın məlumatına görə, bu barədə Y. Hacıyeva "facebook" sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, “facebook” sosial şəbəkəsində kimliyi bilinməyən profildən S. Hüseynova və Y. Hacıyeva arasındakı danışıqlar yayılıb. Orada S. Hüseynova Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının ünvanına tənqidi fikirlər söyləyib. S. Hüseynova APA-ya açıqlamasında belə bir danışığın olmadığını və Y. Hacıyeva tərəfindən qəsdən yayıldığını bildirib. Y. Hacıyeva da danışıqdan xəbərsiz olduğunu deyib.

Ancaq bir müddətdən sonra Y. Hacıyeva danışığın baş verdiyini etiraf etsə də, saxta profilin ona məxsus olmadığını və bu danışığı yaymadığını bildirib. O, dünən APA-ya açıqlamasında yazışmadan xəbərsiz olduğunu bildirməsinə belə aydınlıq gətirib: "APA-nın jurnalisti dünən saxta profildən paylaşılmış yazışma haqqında sual verərkən şəhərdən kənarda idim. Normal rabitə və internet əlaqəsi yox idi və jurnalistin verdiyi suallardan söhbətin nədən getdiyini ümumiyyətlə, çətinliklə anladım. Fikirləşirəm ki, iki il öncə olmuş əhəmiyyətsiz bir yazışmanı unutmağım normaldır. Ancaq elə indilərdə bir müsavatçı dostum saxta profildən paylaşılan məlumatlar və yazışmanı mənə göndərdi və onunla tanış oldum. Buna görə də bildirmək istəyirəm ki, o saxta profilin mənə aidiyyatı yoxdur və mənim ordan paylaşımlar etməyimi iddia edənlər yalan danışırlar. Jurnalist Sevinc Hüseynova aid sual verərkən onun hansı xanım olduğu mənə tam aydın olmayıb. Yazışmanın "screen"ini oxuyandan sonra belə bir yazışmanın olduğunu xatırladım. Bu, həqiqi yazışmanın "screen"idir. Onu da bildirmək istəyirəm ki, Müsavat Partiyası mənim üçün artıq keçmişdir və orda başqanın kimin olması mənim problemlərimin siyahısında, ümumiyyətlə, yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR