ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş mayın ilk ongünlüyündə Azərbaycana gələcək

ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş mayın ilk ongünlüyündə Azərbaycana gələcək
# 26 aprel 2013 07:34 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, artıq səfər proqramı hazırdır: “Joao Suareş xüsusi nümayəndə təyin olduqdan sonra Cənubi Qafqaza səfər edə bilməyib. Bu, onun yeni vəzifədə regiona ilk səfəridir. Ona görə də düşünürəm ki, ölkələrdəki durum, xüsusilə konfliktlərlə bağlı son vəziyyət onu çox maraqlandırır. Bununla əlaqədar olaraq Joao Suareşin həm dövlət, həm hökumət nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimizi daha çox çatdıracağıq. Elə onun özü də daha çox bu məsələ ilə maraqlanmaq üçün gəlir”.

Qeyd edək ki, Joao Suareşin Azərbaycana səfəri bir neçə dəfə müxtəlif səbəblərdən təxirə salınıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR