"Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

"Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 may 2015 10:31 (UTC +04:00)

APA-nın xəbərinə görə, təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edir.

“Azərtac” dövlət informasiya agentliyi, “Azad Azərbaycan” televiziyası və “APA Holding”in informasiya dəstəyi ilə təşkil olunan konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press-relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda öz bilik və bacarıqlarını artırıblar.

Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə danışıb.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, ixtisaslı jurnalist hər bir sahədə olduğu kimi, təhsildə də olmalıdır: “Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülür və gələcəkdə də davam etdiriləcək. Çalışırıq ki, növbəti ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alan 10 tələbə sırf təhsil jurnalistikasına cəlb edilsin və bu istiqamətdə peşəkar kadr olaraq hazırlansın".

Sonra təhsil eksperti Şahlar Əsgərov, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edərək təhsil-media sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər. Onların fikrincə, mətbuat və media təlim-tərbiyədə mühüm rol oynayır və bu prosesin dialoq çərçivəsində öyrənilməsi vacib məsələdir.

Tədbirin davamında "APA Holdinq"in prezident Vüsalə Mahirqızının, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində iİnstitusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib.

Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunacaq. Bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR