Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2014 03:03 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, yeni istifadəyə verilən tuneldə qeydə alınıb. "20 Yanvar" metro stansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan "Chevrolet Aveo" markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və maşını qarşısında hərəkət edən 54 yaşlı Vahab Nuriyevin idarə etdiyi "Mercedes» markalı minik avtomobilinə çırpıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hər iki maşın evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə izahatları alınması üçün polis idarəsinə aparılıblar. Hadisə yerində olan Nərimanov Rayon Polis idarəsinin əməkdaşlarının verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR