Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib
# 12 aprel 2013 06:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 865 bəndədək, S&P 500 0,4% - 1 593 bəndədək, Nasdaq 0,1% - 3 300 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən makroiqtisadi xəbərlər səbəb olub. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 42 min azalıb, bu da həm əvvəlki həftənin göstəricisindən, həm də proqnozlardan daha müsbət nəticə olub. Bundan əlavə, idxal qiymətləri mart ayında illik müqayisədə 2,7%, aylıq müqayisədə isə 0,5% azalıb.

Avropa fond bazarlarında aprelin 11-də FTSE 100 indeksi 0,5% - 6 416 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 872 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 776 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 560,9 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3113 (+0,4%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR