Papa XVI Benedikt kardinallara son müraciətini edib

Papa XVI Benedikt kardinallara son müraciətini edib
# 28 fevral 2013 12:42 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Roma Papası XVI Benedikt istefaya getməzdən əvvəl kardinallara sonuncu dəfə müraciət edib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Benedikt növbəti Roma Papası ətrafında birləşməyə çağırıb: “Siz bir orkestr kimi birləşməli və birlikdə çalışmalısınız. Sizlərdən hər biriniz potensial Roma Katolik Kilsənin rəhbəridir və mən ona tam tabe olacağımı bildirirəm. Yeni Roma Papası seçilənə qədər mən dayanmadan sizin sağlamlığınıza dualar oxuyacağam”.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-dan etibarən Müqəddəs Taxt-Tac vakant elan olunacaq. İstefadan sonra Roma Papası helikopterlə Kastel-Qondolfo adlanan iqamətgahına gedəcək. Yeni Roma Papası seçiləndən sonra XVI Benedikt Vatikanda yerləşən monastırda tərki-dünya həyatı sürəcək.

Xatırladaq ki, 265-ci Roma papası olan XVI Benedikt (Yozef Ratsinqer) Roma Katolik Kilsəsinə 2005-ci ildən başçılıq etməyə başlayıb. Ondan əvvəl istefa verən yeganə papa 1415-ci ildə bu addımı atan XII Qriqori olub. Fevralın 11-də istefa qərarını açıqlayan XVI Benedikt bu addımını səhhəti ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR