Bakıda avtomobil qaçıran şəxs tutulub

Bakıda avtomobil qaçıran şəxs tutulub
# 26 yanvar 2013 09:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobil qaçıran şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 12-nə keçən gecə Ağabala Əliyev adlı şəxsə məxsus «VAZ-2107» markalı avtomobil S. Vurğun küçəsindən qaçırılıb. Daxili İşlər Nazirli Baş Cinayət Axtarış İdarəsinin, Nəsimi Rayon polis İdarəsi Cinayət Axtarış Şöbəsinin, 20-ci Polis Bölməsinin və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili Bakı şəhər sakini Seymur İsmayılzadənin qaçırdığı və Şamaxı rayon sakinləri Çingiz Cavadova və Ceyhun Ağamalıyevə satdığı müəyyən edilib. Onların hər üçü tutulub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR