Gəncənin yeraltı yollarını tədqiq edəcək robotlar Azərbaycana gətirilib

Gəncənin yeraltı yollarını tədqiq edəcək robotlar Azərbaycana gətirilib
# 29 aprel 2013 16:09 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin direktor müavini Samir Pişnamazzadə deyib. Onun sözlərinə görə, robotlarla yanaşı, ölkəyə kimyəvi analizləri aparmaq üçün özüyeriyən laboratoriya da gətirilib. Robotlar Gəncənin yeraltı yollarını tədqiq etməklə bərabər, şəhərin dəqiq yaşını da müəyyən edəcəklər.

Qeyd edək ki, Gəncənin yeraltı yolları ABŞ-ın Smitson İnstitutunun Milli Mədəniyyət Muzeyinin direktoru Pol Teylorun rəhbərliyi ilə öyrəniləcək. ABŞ və Misir arxeoloqlarının ilkin araşdırmaları Gəncənin 4000 ildən artıq yaşının olduğunu təsdiqləyib. Şəhərin dəqiq yaşını isə robotlar müəyyən edəcək.

Tədqiqatlar bir il ərzində aparılacaq.

TədqiqaTlar başa çatdıqdan sonra indiki Gəncə şəhərinin altında yeraltı yollardan ibarət muzey yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR