Azərbaycan ərazisində dişi bəbirin olduğu müəyyənləşib - FOTO

Azərbaycan ərazisində dişi bəbirin olduğu müəyyənləşib - <span style="color: red;">FOTO
# 02 may 2013 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı 2013-cü ilin fevral-mart aylarında foto-tələlər vasitəsilə bəbirin daha bir dişi fərdinin üç fotosu çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fotolar üzərində aparılan analiz fərdin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan ərazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb: “Eyni zamanda bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq. Bu fakt son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin və heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına dəlalət edir və nəticə etibarilə iri dırnaqlı heyvanların sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR