DİN-in idarə rəisi: “Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq təşkilatların tövsiyələrinə diqqətlə yanaşır”

DİN-in idarə rəisi: “Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq təşkilatların tövsiyələrinə diqqətlə yanaşır”
# 20 noyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “İnsan alverinə qarşı mübarizə sahəsində hazırda üçüncü Milli Fəaliyyət Planı həyata keçirilir. Dövlət qurumları ilə bərabər, Milli Fəaliyyət Planının həyata keçirilməsinə 45 qeyri-hökumət təşkilatı cəlb edilib”.

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi arasında Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə bəyannamənin imzalanması mərasimində deyib.

Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində qəbul edilən qanun, qərar və sərəncamları sadalayan Ş. Əsədullayev insan alverinə qarşı mübarizə sahəsində ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələrinə diqqətlə yanaşıldığını da vurğulayıb: “Hazırda bu sahədə ABŞ Dövlət Departamentinin 8 tövsiyəsi də icra olunmaq üzrədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR