«AXA-Mbask» şirkəti ölümlə nəticələnən yol nəqliyyat hadisəsi üzrə sığorta ödənişi həyata keçirib

«AXA-Mbask» şirkəti ölümlə nəticələnən yol nəqliyyat hadisəsi üzrə sığorta ödənişi həyata keçirib
# 18 aprel 2013 07:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair, qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəniş Baki-Qazax yolunda baş vermiş yol qəzası ilə bağlı olub.

Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. «AXA-Mbask» tərəfindən 13 min manat məbləğində sığorta ödənişi zərər çəkmiş tərəfin qohumlarına verilib. Qeyd edək ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 500 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR