SKMF Yardımlı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Yardımlı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 14 noyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonundan olan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF noyabrın 11-də Yardımlı rayonunun Çay Üzü kəndində işgüzar forum keçirib.

Sahibkarlardan cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emaləı və qablaşdırılması müəssisəsinin, çörək, şirniyyat, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR