Muzey Mərkəzində “Böyük İpək Yolunda Tekstil” sərgisi açılacaq

Muzey Mərkəzində “Böyük İpək Yolunda Tekstil” sərgisi açılacaq
# 10 oktyabr 2014 00:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 10-dan noyabrın 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt-Peterburq) "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası" adlı sərgi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Qafqaz və Mərkəzi Asiya xalqlarının toy mərasiminin unikal atributları, o cümlədən yenicə ailə quranlar üçün qurama pərdələr, naxışlı yataqüstü örtüklər, bayraq və noqay toy çadırı üçün bəzəklər, hədiyyə əşyaları nümayiş olunacaq.

Sərginin materialları 2012-ci ildə Valensiya muzeyində, 2014-cü ilin yayında isə Astana şəhərində sərgilənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR