"ExpressPay" ödəniş terminallarında daha bir sığorta şirkəti üzrə ödəmələr əlavə olunub

"ExpressPay" ödəniş terminallarında daha bir sığorta şirkəti üzrə ödəmələr əlavə olunub
# 05 iyun 2015 10:09 (UTC +04:00)

Bakı - APA-Economics. "ExpressPay" ödəniş terminallarına "Paşa Sığorta" üzrə ödəmələr əlavə olunub.

"Expressbank"dan "APA-Economics"ə verilən məlumata görə, artıq könüllü və icbari sığorta haqqını hissə-hissə ödəyən müştərilər ödənişlərini "ExpressPay" terminalları vasitəsilə həyata keçirə bilərlər. Bunun üçün sığorta müqaviləsinin seriya və nömrəsini qeyd etmək zəruridir.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), "EmbaFinans" (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, "Nikoil Bank", "Bakı taksi", mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 250-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR