Bakıda Avropa Gənc Alimlərinin I Beynəlxalq Forumu keçiriləcək

Bakıda Avropa Gənc Alimlərinin I Beynəlxalq Forumu keçiriləcək
# 20 aprel 2013 16:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Mayın 20-25-də Azərbaycan paytaxtında “Avropa məkanında çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu” keçiriləcək. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, forum nazirliyin, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və EURODOC - Avropa Gənc Alimlər Şurasının təşkilati dəstəyi ilə keçirilir.

Forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropa gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR