Qusarda baş verən qəzada 2 nəfər xəsarət alıb

Qusarda baş verən qəzada 2 nəfər xəsarət alıb
# 08 aprel 2013 15:36 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Bu gün günorta saatlarında Qusar şəhəri ərazisində 2 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 180-ci km-də, 37 yaşlı Qusar şəhər sakini Yalçın Tağıyevin idarə etdiyi 50 BT 825 qeydiyyat nişanlı “VAZ-21010” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini, 56 yaşlı İsrafil Kazımovun idarə etdiyi 28 VA 225 qeydiyyat nişanlı “QAZ-3110” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-21010” markalı avtomobildə olan sərnişinlər - Qusar şəhər sakinləri 62 yaşlı Gülufə Tağıyeva və 28 yaşlı Zərifə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR