Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Paytaxtda bıçaqlanma hadisəsi baş verib
# 16 noyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də 1986-cı il təvəllüdlü Əliabbas Allahverdiyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Tural Yusifov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR