Bakı. Zümrüd Paşayeva – APA. "NATO-nun qapıları Ukrayna üçün açıqdır”.
APA-nın məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının 60-cı plenar sessiyasında çıxışı zamanı deyib.
“Açıq qapı” hələ də açıqdır, Ukraynanın tələblərinə cavab verən qərar hələ də qalır. Ancaq Ukrayna bloklara qoşulmayan ölkə olduğundan üzvlük üçün müraciət etməyib”, - deyə Y. Stoltenberq vurğulayıb.